Kuleba Blinkenlə Ukraynaya silah tədarükünü müzakirə edib

Kuleba Blinkenlə Ukraynaya silah tədarükünü müzakirə edib
# 18 avqust 2022 01:05 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken Qərb ölkələrindən əlavə silah tədarükü ilə bağlı danışıqlar aparıblar.

APA-nın xəbərinə görə, bu barədə Kuleba “Twitter” səhifəsində bildirib.

"Dövlət katibi Blinkenlə telefon danışığımın əsas mövzusu silah idi. Biz ABŞ və digər tərəfdaş ölkələrdən Ukraynaya gələcək tədarükləri müzakirə etdik”, - deyə paylaşımda bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR