Kuleba ilə Çavuşoğlu arasında telefon danışığı olub

Kuleba ilə Çavuşoğlu arasında telefon danışığı olub
# 02 noyabr 2022 23:32 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitro Kuleba və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə ukraynalı nazir “Twitter” səhifəsində paylaşım edib.

“Ukrayna və Türkiyə liderlərinin danışığına əsasən türkiyəli həmkarımla telefon danışığı apardım. Biz taxıl dəhlizinin fəaliyyətini və ukraynalı məhbusların azad edilməsini təmin etmək üçün gələcək addımları və əlaqələrimizi müzakirə etdik”,- deyə paylaşımda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR