Kuleba: Kiyev Varşava ilə taxılla bağlı münaqişəni davam etdirməyə meyilli deyil

Kuleba: Kiyev Varşava ilə taxılla bağlı münaqişəni davam etdirməyə meyilli deyil
# 26 sentyabr 2023 16:22 (UTC +04:00)

Kiyev Varşava ilə münaqişəni davam etdirməyə meyilli deyil.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna telemarafonunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kiyev taxıl böhranının konstruktiv həllinin tərəfdarıdır və müvafiq danışıqlara hazırlaşır, həmçinin Varşava ilə münasibətlərin tezliklə nizamlanmasına çalışır.

Qeyd edək ki, Polşa və Ukraynanın kənd təsərrüfatı nazirləri 27 sentyabrda Ukrayna taxılının Polşa ərazisinə tədarükü ilə bağlı yaranmış gərginliyin müzakirəsinə həsr olunmuş iclas keçirəcəklər.

28 sentyabr tarixində isə Avropa Komissiyasının (AK) Ukrayna taxıl məsələləri üzrə koordinasiya platformasının yeni iclası da planlaşdırılır, burada Avropa İttifaqı (Aİ) ölkələri və Ukrayna nümayəndələri taxılın İttifaq ölkələrinə idxalı ilə bağlı problemli məsələləri müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR