Kuleba Kiyevdə ATƏT sədri ilə görüşüb

Kuleba Kiyevdə ATƏT sədri ilə görüşüb
# 16 yanvar 2023 17:30 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Kiyevdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri “Twitter”də bildirib.

“ATƏT-in fəaliyyətdə olan sədri kimi Ukraynaya səfər edəndə təcavüzün dayanacağına və həyatın normallaşacağına ümid edirdim. Dağıdılmış evlərin və dağıdılmış insan talelərinin görüntüləri sarsıdıcıdır. Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü qətiyyətlə pislədiyimizi bir daha bəyan edirəm. Dneprə dünənki amansız raket hücumları günahsız mülki insanların həyatını itirməsinə və kritik infrastruktura zərər vurmasına səbəb olub.
Mən Rusiya Federasiyasını bu müharibəni dayandırmağa, öz qoşunlarını Ukraynadan çıxarmağa, ATƏT-in prinsiplərinə sadiq qalmağa və diplomatiyaya qayıtmağa çağırıram.

ATƏT ədalətli və davamlı sülhə gətirib çıxaracaq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü təmin edəcək bütün təşəbbüsləri dəstəkləyəcək”, - Osmani qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR