Kuleba Lavrovu yəhudilərdən üzr istəməyə çağırıb

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 05 may 2022 17:12 (UTC +04:00)

Ukrayna və İsrail xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba "Twitter"də bildirib.

Kuleba qeyd edib ki, o və İsrail XİN rəhbəri Yair Lapid Rusiya xarici işlər naziri Lavrovun antisemit fikirlərindən qəzəbləniblər.

“Mən vurğuladım ki, antisemitizm Rusiya elitası arasında uzun müddətli kökə malikdir. Xarici işlər naziri Lavrovun yeganə çıxış yolu bütün dünyada yəhudilərin qarşısında açıq şəkildə üzr istəməkdir. Antisemitizmə dözmək olmaz!”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR