Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”
# 29 iyul 2022 08:27 (UTC +04:00)

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Rada” telekanalının efirində bildirib.

O qeyd edib ki, enerji resursları ilə bağlı problemlərə görə, bəzi Qərb dövlətləri Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq üçün fəal təkliflərlə çıxış edir.

“Biz Rusiyanın konstruktiv mövqeyinin reallığa uyğun olmadığını çox sakit şəkildə izah etməyə çalışırıq”, - nazir vurğulayıb.

O, həmçinin əlavə edib ki, hazırda Ukrayna Moskvanın danışıqlara hazır olduğunu göstərən siqnallar görmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR