Kuleba: "Rusiya danışıqları yox, müharibəni seçdi"

Kuleba: "Rusiya danışıqları yox, müharibəni seçdi"
# 20 may 2022 00:52 (UTC +04:00)

Rusiya müharibəni diplomatik danışıqlardan üstün tutdu.

APA xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba telemarafon proqramında deyib.

Xarici işlər naziri danışıqların ən yüksək mərhələsi olan İstanbul görüşündən sonra baş verənləri bu cür açıqlayıb:

“Rusiya Ukrayna ilə danışıqlara həvəsini itirməyə başlayıb”.

XİN rəhbəri qeyd edib ki, bunun səbəbləri hələ məlum deyil.

“Hər həftə biz bir şüyin şahidi oluruq: Rusiya döyüş meydanında nə qədər aqressiv olursa, danışıqlara bir o qədər az maraq göstərir”, - deyə Kuleba bildirib.

Xarici işlər naziri Ukraynanın son günlər vurulan şəhərlərinə, Donbass uğrunda döyüşlərin getməsini Rusiyanın danışıqları yox, müharibəni seçdiyinin göstəricisi adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR