Kuleba Rusiya rəhbərliyinin cəzalandırılması ilə bağlı Avropa Parlamentinə çağırış edib

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 17 yanvar 2023 17:45 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Avropa Parlamentinə çağırış edib.

APA xəbər verir ki, bu barədə Kuleba "Twitter"də paylaşım edib.

"Avropa Parlamentinin üzvlərini bu həftə müvafiq qətnaməni qəbul etməklə Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılmasını dəstəkləməyə çağırıram. Rusiyanın siyasi və hərbi rəhbərliyi cəzasız qalmamalıdır. Onlar məsuliyyətə cəlb edilməlidir", - Kuleba qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR