Kuleba: Rusiyaya qarşı Xüsusi Tribunalın yaradılması üzrə koalisiyanın üzvlərinin sayı artıb

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 14 mart 2023 12:19 (UTC +04:00)

Ukraynada törədilənlərə görə Rusiya üçün Xüsusi Tribunalın yaradılmasına çağırış edən ölkələrdən ibarət koalisiya üzvlərinin sayı artıb.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazir Dmitri Kuleba "Twitter"də bildirib.

"Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılması üzrə koalisiyaya daha iki ölkə qoşulub. Hazırda 32 dövlət Rusiyanın ali siyasi və hərbi rəhbərliyini məsuliyyətə cəlb etmək üçün birlikdə çalışır. Putin və onun tərəfdaşları mühakimə olunacaq", - Kuleba paylaşımında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR