Kuleba: “Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi çətinləşib” - VİDEO

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 30 aprel 2022 20:15 (UTC +04:00)

İstanbul görüşündən sonra Ukrayna ilə Rusiya arasında sülh prosesi çətinləşib.

APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Sinxua agentliyinə müsahibəsində deyib.

“Bəli, hazırki dövrdə Ukrayna ilə Rusiya arasında sülh danışıqları çox çətin gedir. Bir neçə həftə əvvəl Türkiyənin vasitəçiliyi ilə tərəflər İstanbulda danışıqların növbəti raundunu keçirdilər. Görüşdə Ukrayna nümayəndə heyəti ölkənin təhlükəsizliyinə dair beynəlxalq zəmanət istədi. Rusiya tərəfi təklifi ətraflı öyrənmək üçün qəbul etdi. Təəssüf ki, bundan sonra danışıqlar prosesi xeyli çətinləşdi” – deyə diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR