Kuleba: “Ukrayna və Rusiya taxıl ixracı ilə bağlı razılaşmanın iki addımlığındadır”

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 13 iyul 2022 12:01 (UTC +04:00)

Kiyev və Moskva taxıl ixracı ilə bağlı razılaşmanın iki addımlığındadır.

APA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "El Pais"ə müsahibəsində deyib.

"Ukrayna öz taxılını beynəlxalq bazara çıxarmağa hazırdır. Biz müqavilənin son mərhələsindəyik və indi hər şey Rusiya Federasiyasından asılıdır", - Kuleba qeyd edib.

Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş olacaq. Onlar Ukrayna limanlarında blokadaya alınan taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasını müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR