Kuleba Ukraynanın Donbassa hücum etməyəcəyini bildirib

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 17 yanvar 2022 16:12 (UTC +04:00)

Ukrayna hakimiyyəti Donbasın Kiyevin nəzarəti altında olmayan hissəsinə hücum planlaşdırmır və ümid edir ki, Qərb ölkələri məsələnin diplomatik yolla həllinə nail olmaqda yardım edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Fransanın “Le Figaro” qəzetində çap olunan yazısında qeyd edib.

O, Rusiyanın Ukrayna ilə sərhədə çoxlu qüvvələr toplamasından narahatlıq ifadə edib və mövcud formatlar altında diskussiya aparılmasının vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR