Kuleba Ukraynaya silah tədarükünü sürətləndirməyə çağırıb - VİDEO

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 13 iyun 2022 21:00 (UTC +04:00)

"Mən tərəfdaşları Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıram".

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Ukrayna sübut edib ki, öz çəkisindən xeyli ağır yumruqlar vura bilər və bütün ehtimallara qarşı mühüm döyüşlərdə qalib gələ bilər: Kiyev, Çerniqov, Sumı, Xarkov bunun sübutudur. Ukraynanın kifayət qədər silahı olarsa nə edə biləcəyini təsəvvür edin. Mən tərəfdaşları Ukraynanın qələbəsini aydın məqsəd kimi müəyyənləşdirməyə və ölkəyə ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıram", - XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR