Kuleba və Blinken arasında telefon danışığı olub

Entoni Blinken, Dmitri Kuleba

© APA | Entoni Blinken, Dmitri Kuleba

# 24 may 2022 14:59 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Kuleba "Twitter"də bildirib.

Ukrayna xarici işlər naziri ABŞ-ın verdiyi güclü dəstəyə görə, amerikalı həmkarına təşəkkür edib.

“Rusiya Donbasda dağıdıcı hücumlarını davam etdirdiyi üçün daha çox silah, o cümlədən ağır silahlar Ukraynaya yönəlir. Biz həmçinin Ukraynanın ixracını blokadadan çıxarmaq və qlobal ərzaq təhlükəsizliyini təmin etmək yollarını müzakirə etdik”, - Kuleba vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR