Latviya parlament seçkilərində baş nazirin “Yeni Birlik” partiyası qalib gəlib

Latviya parlament seçkilərində baş nazirin “Yeni Birlik” partiyası qalib gəlib
# 02 oktyabr 2022 10:01 (UTC +04:00)

Latviyanın baş naziri Krisjanis Karinsin "Yeni Birlik" partiyası şənbə günü birpalatalı parlamentə keçirilən növbəti seçkilərdə qalib gəlib.

APA xəbər verir ki, səsvermənin ilkin nəticələri artıq ölkənin Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

1055 seçki məntəqəsindən 1000-nin səslərini hesabladıqdan sonra sağ mərkəzçilər 18,84% səs və 100 deputat mandatından 23-nü alır. Lakin bu cür uğur onlara təkbaşına hakimiyyət imkanı vermir. Çoxluq yaratmaq üçün koalisiyaya qoşulmalı olacaqlar. İkinci yerdə 12,75 faiz səs və 16 deputat mandatı ilə “Yaşıllar və Kəndlilər İttifaqı” partiyası, üçüncü yerdə “Hər şey Latviya naminə!” Milli Assosiasiyası qərarlaşıb (10,98%, 13 yer).

Demək olar ki, eyni nəticəni (9,29%, 13 yer) “Birgə Siyahı – Latviya Yaşıllar Partiyası” siyasi bloku, “Latviya Regionlar Assosiasiyası”, Liepaja Partiyası əldə edib.

Səkkiz partiya və birlik siyahısından namizədlər yəqin ki, parlamentə düşəcək. Seymə daxil olmaq üçün beş faizlik baryeri aşmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR