Latviya Pravoslav Kilsəsi Moskva Partriarxlığından ayrıla bilər

Latviya Pravoslav Kilsəsi Moskva Partriarxlığından ayrıla bilər
# 05 sentyabr 2022 12:43 (UTC +04:00)

Latviya Parlamenti Pravoslav Kilsəsinin Moskva Partriarxlığından ayrılması ilə bağlı qanun layihəsini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə ölkə Prezidenti Egils Levits bildirib.

Prezident Levits ölkənin ədliyyə naziri Yanis Bordansla birlikdə Latviya Pravoslav Kilsəsinin müstəqil statusunun tam tanınmasını nəzərdə tutan qanun layihəsini hazırladığını bu gün səhər parlamentə təqdim etdiyini bildirib.

"Qanun qüvvəyə mindikdən sonra bu, Moskva Patriarxlığının bizim pravoslav kilsəmizə hər hansı təsir və ya səlahiyyətini istisna edəcək. Moskva Patriarxı ilə hər hansı əlaqəni rədd etmək bizim pravoslav icmamız, bütün Latviya cəmiyyəti və milli təhlükəsizlik üçün mühüm məsələdir.

Bizim ortodoks icmamızın öz müstəqil kilsəsinə ehtiyacı var. Mən hazırlanmış qanun layihəsini Seymin sədri və Seymanın bütün parlament qruplarının sədrləri ilə müzakirə etmişəm. Qanun layihəsi bütün səlahiyyətli dövlət qurumları ilə müzakirə olunub, Milli Təhlükəsizlik Şurasında ekspertizadan keçirilib. Həmçinin, hazırlanmış qanun layihəsi barədə Latviya Pravoslav Kilsəsinə məlumat verilib. Mən parlamentdən xahiş etmişəm ki, bu qanun layihəsi təcili olaraq tanınsın və mümkün qədər tez qəbul edilsin", Latviya Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR