Latviya Prezidenti Egils Levits Ukraynaya səfər edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin "Telegram" hesabında məlumat verilib.
Latviya Prezidentini səfərdə xanımı Andra Levite də müşayiət edir.
Ukrayna və Latviya prezidentləri və hər iki ölkənin birinci xanımları Lvovda müharibədə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad edib.