Latviya və Estoniya NATO-nun Şərqi Avropada güclənməsini dəstəkləyib

Latviya və Estoniya NATO-nun Şərqi Avropada güclənməsini dəstəkləyib
# 06 fevral 2022 04:19 (UTC +04:00)

Rusiya qüvvələri Belarus ərazisində davam edən təlimlər başa çatdıqdan sonra bu ərazini tərk etməsə, NATO-nun alyansın şərqində mövcudluğunu gücləndirmək lazımdır.

APA xəbər verir ki, bu bəyanatla Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs və həmkarı Eva-Mariya Liimets çıxış ediblər.

"Ukraynaya müdaxilə olub-olmamasından asılı olmayaraq, Rusiya qoşunları Belarusda qalarsa bu, regiondakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək. Bundan sonra biz də regionda təhlükəsizlik üçün tədbirlərimizə yenidən baxmalıyıq",-deyə Rinkeviçs Teleqraf.com-a müsahibəsində bildirib.

Siyasətçinin fikrincə, bu halda NATO-nun regionda mövcudluğunu gücləndirmək lazım gələcək.

Liimets deyib ki, təlimlər sabitliyi pozan amildir.

"NATO bunun nəticələrini nəzərə almalı və həmçinin regionumuzda müdafiə qabiliyyətinin artırılması yollarını təklif etməlidir",-deyə nazir əlavə edib.

Rinkeviçs həmçinin bildirib ki, Almaniya Ukrayna böhranı ilə bağlı daha fəal mövqe nümayiş etdirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR