Latviya XİN: Quranın yandırılması qəbuledilməzdir və istənilən demokratik cəmiyyətdə qınanmalıdır

Latviyanın xarici işlər nazir Edqars Rinkeviçs

© APA | Latviyanın xarici işlər nazir Edqars Rinkeviçs

# 25 yanvar 2023 14:29 (UTC +04:00)

Quranın və ya hər hansı digər dinlərə məxsus kitabların yandırılması qəbuledilməzdir.

APA xəbər verir ki, bunu Latviyanın xarici işlər nazir Edqars Rinkeviçs finlandiyalı həmkarı ilə birgə Riqada keçirilən mətbuat konfransında deyib.

"Hamımız bilirik ki, NATO yekdilliyə əsaslanan bir klubdur və bu, vacib məqamdır. Biz yeni üzvü qəbul edərkən həmin ölkənin hazırlıq dərəcəsini, alyansa verəcəyi töhfəni qiymətləndirməliyik.

Biz anlayırıq ki, hər bir ölkənin öz narahatlıq səbəbi və gündəliyi var", - Latviya XİN başçısı deyib.

O əlavə edib ki, Madriddə imzalanan üçtərəfli memorandum çərçivəsində Finlandiya və İsveç öz öhdəlikləri ilə bağlı vacib addımlar atıb.

"Biz görürük ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün qəbulunun gecikdirilməsi üçün aşkar cəhdlər var. Tamamilə qəbuledilməz insidentlər törədilir. Quranın, İncilin və ya başqa dinlərə aid kitabların yandırılması, dini və nifrət nitqi tamamilə qəbuledilməzdir və bu hərəkətlər istənilən demokratik cəmiyyətlərdə qınanmalı və qanuna əsasən cəzalandırılmalıdır. Yəqin ki, biz bir müddət sonra bu insidentlərin arxasında kimin dayandığını aşkar edəcəyik. Biləcəyik ki, bunu edənlər sadəcə hansısa fərdlərdir, yoxsa bunun arxasında hansısa NATO-nun genişlənməsinə qarşı hərəkət edən ölkələr dayanır. Zaman bunu göstərəcək", - Latviya xarici işlər naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR