Latviyada məcburi hərbi xidmət bərpa edilir

 Latviyada məcburi hərbi xidmət bərpa edilir
# 06 iyul 2022 04:14 (UTC +04:00)

Ukrayna münaqişəsinə görə Latviyada məcburi hərbi xidmət bərpa edilə bilər.

APA xəbər verir ki, bunu ölkənin müdafiə naziri Artiks Pariks deyib.

Nazir bildirib ki, məcburi hərbi xidmət 2023-cü ildən bərpa ediləcək. Bununla paralel olaraq Rusiya sərhədinə yaxın Jekabpils şəhərində hərbi baza tikiləcək.

Qeyd edək ki, 2 milyon əhalisi olan Latviyada məcburi hərbi xidmət 2007-ci ildə ləğv edilib. Silahlı qüvvələr peşəkar hərbçilərdən və Milli Qvardiyadan ibarətdir. Həqiqi hərbi xidmətdə olan şəxslərin sayı 7500 nəfər, ölkədəki NATO əsgərlərinin sayı 1500 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR