Latviyada şəhər merinin Krımı Rusiya ərazisi adlandırması qalmaqala səbəb olub

Latviyada şəhər merinin Krımı Rusiya ərazisi adlandırması qalmaqala səbəb olub
# 07 noyabr 2022 12:33 (UTC +04:00)

Latviyada şəhər merinin Krımı Rusiya ərazisi adlandırması qalmaqala səbəb olub.

APA “Unian”a istinadən xəbər verir ki, Latviyanın Dauqavlips şəhərinin meri, “Saskana” sosial-demokrat partiyasının nümayəndəsi Andrey Elksninış deyib ki, Krım Rusiya ərazisidir. O, Buça qətliamına görə də Ukrayna və ABŞ günahlandırıb.

O, həm müharibədə, həm də Buça qətliamında Ukrayna diplomatlarını günahlandırıb.

Mer həmçinin Ukraynanın qələbəsinə ümid etmədiyini vurğulayıb:

“Baş vermiş bütün hadisələrə görə Rusiya, Ukrayna və ABŞ məsuliyyət daşıyır. Bu məsələdə ilk növbədə diplomatlar məsuliyyət daşıyır, çünki diplomatların uduzduğu halda ordu işə düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR