Latviyanın XİN başçısı Rusiya vətəndaşlarına viza verilməsini qadağan etməyi təklif edib

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs

© APA | Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs

# 31 iyul 2022 00:47 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağa qoymalıdır.

APA xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs “Twitter” səhifəsində bildirib.

“Aİ Rusiyanı terrorizmin himayədarı hesab etməlidir. Mən Rusiya vətəndaşları üçün Aİ-nin turist vizalarına qadağa qoyulması təklifimi bir daha bəyan edirəm”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Latviya hökuməti sərhədi keçən Rusiya vətəndaşlarına Ukraynadakı hərbi əməliyyatları pisləyən sənəd imzalamağı tələb edib.

Bundan imtina edənələrə sərhədi keçmək qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR