Rusiya və Türkiyə XİN başçıları görüşüb - YENİLƏNİB

Rusiya və Türkiyə XİN başçıları görüşüb - YENİLƏNİB
# 07 iyul 2022 13:39 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında İndoneziyada danışıqlar keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.

O, Lavrov-Çavuşoğlu görüşünün İndoneziyada G20 XİN başçılarının iclası çərçivəsində baş tutduğunu qeyd edib.

***

10:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İndoneziyada keçiriləcək G20 XİN başçıları toplantısı çərçivəsində görüşəcək.

APA TASS-a istinadən xəbər verir ki, Lavrov həmçinin Çin XİN başçısı Van İ ilə də danışıqlar aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR