Lavrov: "Rusiya Aİ ilə normal münasibətləri bərpa etməyə hazırdır"

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 14 yanvar 2022 15:11 (UTC +04:00)

Rusiya Avropa İttifaqı ilə normal münasibətləri bərpa etməyə hazırdır lakin Brüsselə də eyni münasibəti göstərməlidir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

"Biz çox istəyirik ki, Avropa İttifaqı müstəqil rol oynasın. Həqiqətən də, Avropa İttifaqı ilə normal münasibətlərin olmasını istəyirik, bu münasibətləri biz məhv etməmişik, - deyə o bildirib.

O deyib ki, Avropa İttifaqı bu münasibətlərin yenidən qurulmasına nə dərəcədə hazır olduğuna özü qərar verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR