Lavrov: “Rusiya taxıl yüklü gəmilərin təhlükəsizliyini təmin etməyə hazırdır”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 08 iyun 2022 13:11 (UTC +04:00)

Rusiya Ukrayna limanlarından çıxacaq taxıl yüklü gəmilərin təhlükəsizliyini təmin etməyə hazırdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Rusiya tərəfi bu məsələdə türkiyəli həmkarları ilə əməkdaşlıq etmək niyyətindədir.

Bundan əlavə, o, Ukrayna tərəfinin limanları minalardan təmizləməli olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR