Lavrov Rusiyanın verdiyi təkliflərə Blinkendən cavab gözlədiyini deyib

Lavrov Rusiyanın verdiyi təkliflərə Blinkendən cavab gözlədiyini deyib
# 21 yanvar 2022 15:08 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşünün ABŞ-a Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə konkret cavablar hazırlamağa kömək edəcəyinə ümid etdiyini bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Lavrov Blinkenlə görüşündə söyləyib.

“Narahatlığımızı daha aydın şəkildə aydınlaşdırmaq üçün mənə telefonla zəng edib görüşməyi təklif edəndə biz bunu faydalı fikir hesab etdik, çünki ümid edirik ki, bu, bütün təkliflərimizə konkret cavablar hazırlamağa sizə kömək edəcək”, - deyə Lavrov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR