Lavrov: “Ukrayna müqavilə ilə bağlı təkliflərə tez cavab verməlidir”

Lavrov: “Ukrayna müqavilə ilə bağlı təkliflərə tez cavab verməlidir”
# 26 aprel 2022 17:05 (UTC +04:00)

Qərb silahları Ukrayna ərazisində peyda olan kimi Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevrilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antoniu Quterreşlə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Ukrayna ərazisində xarici silahlar peyda olan kimi, bu, bizim xüsusi hərbi əməliyyatımız üçün qanuni hədəfdir”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Ukrayna ilə dialoqdan danışaraq bildirib ki, Kiyev danışıqların nəticəsi ilə bağlı ciddidirsə, Ukrayna Rusiyanın müqavilə ilə bağlı təqdim etdiyi təkliflərə tez cavab verməlidir: “Əgər danışıqlarda ciddi əhval-ruhiyyədən danışırıqsa, 10 gündən artıqdır ki, onlarda olan təkliflərimizə tez cavab versələr, daha yaxşı olar. Hansı ki, bu təkliflər barədə Zelenski eşitməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR