Lavrovun Makron və Şoltsla qısa təmasları olub

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 15 noyabr 2022 13:58 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov G20-də Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla qısa söhbətlər etdiyini açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov Makrona və Şoltsa Ukraynanın Rusiya ilə danışıqlar prosesini pozduğunu bildirib.

“Makron bu gün Ukraynadakı münaqişənin həlli yollarını tapmaq üçün Putinlə təmasları davam etdirmək niyyətini təsdiqləyib”, - Lavrov vurğulayıb.

Rusiya XİN başçısı onu da qeyd edib ki ABŞ-ın G20 toplantısındakı bəyanatlarına baxmayaraq, digər ölkələr Ukraynadakı münaqişənin Vaşinqton tərəfindən təhrik edildiyinə getdikcə daha çox əmindirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR