Lavrovun müavini Rusiya və ABŞ diplomatlarının İstanbulda görüşdüyünü təsdiqləyib - YENİLƏNİB

Lavrovun müavini Rusiya və ABŞ diplomatlarının İstanbulda görüşdüyünü təsdiqləyib - YENİLƏNİB
# 09 dekabr 2022 16:40 (UTC +04:00)

Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ diplomatlarının görüşünün keçirilməsini təsdiqləyib.

APA xəbər verir ki, o həmçinin deyib ki, bu görüş iki ölkə arasında dialoqun bərpası üçün siqnal sayıla bilməz.

Ryabkov onu da əlavə edib ki, Rusiya və ABŞ diplomatları arasında görüş zamanı ikitərəfli münasibətlərdə qıcıqlandırıcı məsələlər müzakirə olunacaq.

"Bəli, həqiqətən də İstanbulda diplomatlar səviyyəsində görüş keçirilir. Bu, prinsipcə, vaxtaşırı keçirilən tədbirdir ki, ikitərəfli münasibətlərdə qıcıqlandırıcı faktorlar müzakirə olunur. Bir müddət fasilədən sonra amerikalılarla şəxsən əlaqəni bərpa etdik”, - deyə o bildirib.

***

15:31

Rusiya və ABŞ diplomatları arasında ziddiyyətli məsələlərin müzakirəsi ilə bağlı İstanbulda görüş keçirilir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.

“Bu gün İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir. Onlar həmçinin, ziddiyyətli, qıcıqlandırıcı məsələləri müzakirə edir. Bəs qıcıqlandırıcı məsələlər hansıdır? Bu, viza problemi, diplomatik heyətlərin yerləşməsi və xaricdəki diplomatik qurumların necə fəaliyyət göstərməsi və digər məsələlərdir”, - mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR