Leonid Kravçukun dəfn tarixi müəyyən edilib

Leonid Kravçuk

© APA | Leonid Kravçuk

# 12 may 2022 22:16 (UTC +04:00)

Ukraynanın ilk prezidenti Leonid Kravçuk mayın 17-də Kiyevin Bayk qəbiristanlığında dəfn olunacaq.

APA-nın xəbərinə görə, bu barədə “Strana” nəşri məlumat yayıb.

Mərhum prezidentlə vida mərasiminin vaxtı müəyyən edilməyib. Onun cənazəsi yaxın günlərdə Münxendəki xəstəxanadan gətiriləcək.

Qeyd edək ki, Kravçuk 1991-1994-cü illərdə Ukrauynanın ilk prezidenti olub. O, ötən il ağır əməliyyat keçirib və uzun müddət reanimasiyada müalicə alıb. 2022-ci il yanvarın 10-da 88 yaşını qeyd edib. Sabiq dövlət başçısı mayın 10-da dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR