Litva Prezidenti: İnanıram ki, Şolts Ukraynaya tankların göndərilməsinə razılaşacaq

Gitanas Nauseda

© APA | Gitanas Nauseda

# 17 yanvar 2023 12:16 (UTC +04:00)

“Hazırkı mərhələdə tankların Ukraynaya verilməsi çox vacibdir”.

APA xəbər verir ki, bunu Litvanın Prezidenti Gitanas Nauseda Davosda keçirilən Dünya İqtisadi Forumunda “Avropanın müdafiəsində” adlı panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, Ukraynanın qərbində davam edən müharibə elə mərhələdədir ki, burada tankların istifadəsi çox vacibdir və Ukrayna Silahlı Qüvvələrinin Qərb istehsalı tanklara ehtiyacı var.

“Mən inanıram ki, Almaniya Kansleri Olaf Şolts Ukraynaya tankların göndərilməsinə razılıq verəcək”, - Litva Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR