Litva Rusiya və Belarusla sərhəddə fövqəladə vəziyyət rejimini uzadıb

Litva Rusiya və Belarusla sərhəddə fövqəladə vəziyyət rejimini uzadıb
# 14 sentyabr 2022 00:01 (UTC +04:00)

Litva Rusiya və Belarusla sərhəddə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.

APA-nın Delfi saytına istinadla xəbərinə görə, bu barədə Litva Seymi (parlament) müvafiq qərar qəbul edib.

Bu günədək fövqəladə vəziyyət rejimi bütün ölkəyə şamil edilirdisə, indi yalnız Rusiya və Belarusla sərhəddə tətbiq ediləcək. Bundan əlavə, sentyabrın 19-dan rusiyalı turistlər Şengen vizası ilə Litva, Latviya və Estoniyaya daxil ola bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR