Litva Rusiyadan elektrik idxalını dayandırır

Litva Rusiyadan elektrik idxalını dayandırır
# 20 may 2022 22:15 (UTC +04:00)

Litva mayın 22-dən etibarən Rusiyadan elektrik idxalını dayandıracaq.

APA-nın xəbərinə görə, bunu Litvanın elektrik şəbəkəsinin operatoru olan Litgrid şirkəti bildirib.

Qeyd olunub ki, aidiyyatlı orqanlar qabaqcadan məlumatlandırılıb. Litva Rusiyadan elektrik alan yeganə Baltikyanı ölkədir. Bazar günündən etibarən elektrik idxalına son veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR