Litva Seymi "Vaqner"i terrorçu təşkilat kimi tanıyıb

Litva Seymi "Vaqner"i terrorçu təşkilat kimi tanıyıb
# 14 mart 2023 14:40 (UTC +04:00)

Litva Seymi "Vaqner"i terrorçu təşkilat kimi tanıyıb.

APA LRT-yə istinadən xəbər verir ki, bununla bağlı qətnamə bu gün Litva Seymində yekdilliklə qəbul edilib.

Qətnamədə bildirilir ki, "Vaqner" üzvləri və muzdluları dövlət və ictimai təhlükəsizliyə təhdiddir. Sənəddə digər ölkələr də Litvanın nümunəsini izləməyə çağırılır.

Sənəddə deyilir ki, Rusiya Ukraynada müharibəyə başlayandan bəri "Vaqner"in muzdluları "sistemli, ağır təcavüz cinayətləri – Ukraynada dinc sakinləri öldürmək və işgəncə vermək, evləri və digər mülki obyektləri bombalamaq – terrorizmə bərabər olan cinayətlər törədirlər".

Qətnamədə həmçinin Litvanın terror təşkilatlarının siyahısını tərtib etmək üçün xüsusi meyarları müəyyən edən və onların fəaliyyətində iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq edən "Terrorizmin qarşısının alınması haqqında" qanunun qəbul edilməsinin zəruriliyi vurğulanır.

Xatırladaq ki, ötən ilin mayında Litva Seymi Rusiyanın Ukraynadakı hərəkətlərini "soyqırımı aktı", Rusiyanı isə terrorizmin sponsoru kimi tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR