Litva Türkiyəyə humanitar yardım və xilasetmə komandası göndərir

Litva XİN başçısı Qabrielius Landsberqis

© APA | Litva XİN başçısı Qabrielius Landsberqis

# 08 fevral 2023 16:24 (UTC +04:00)

Litva zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım üçün humanitar dəstək və axtarış-xilasetmə qrupu göndərəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Litva xarici işlər naziri Qabrielius Landsberqis "Twitter"də bildirib.

"Fikir və dualarımız Türkiyə ilədir və eyni zamanda yarım milyon avro dəyərində çadır, yataq dəstləri, adyal, tibbi avadanlıq, dərman və nağd pul göndəririk. Həmçinin, 40 xilasedicidən ibarət komandamız yola düşəcək. Biz müttəfiqlərimizlə birlikdə çalışacağıq ki, lazım olan yerə mümkün qədər tez kömək edək", - litvalı nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR