Litva Ukrayna üçün kamikadze dronlar alır

Arvidas Anusauskas

© APA | Arvidas Anusauskas

# 30 sentyabr 2022 17:24 (UTC +04:00)

Litva Ukrayna üçün kamikadze dronlar alır.

APA xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas "Twitter"də bildirib.

“Bu gün biz Ukrayna üçün kamikadze dronların alınmasına dair müqavilə imzaladıq. Polşanın “WB Group” şirkətindən Litva vətəndaşları tərəfindən bağışlanan 1 milyon avroya biz iki tam dəst pilotsuz uçuş aparatını alıb, Ukraynaya təhvil verəcəyik. Bura dronlarla yanaşı, buraxılış, idarəetmə avadanlığı və döyüş sursatları da daxildir”, - Litvanın müdafiə naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR