Litva Ukraynaya 50 ədəd zirehli maşın yollayıb

Litva Ukraynaya 50 ədəd zirehli maşın yollayıb
# 26 sentyabr 2022 18:05 (UTC +04:00)

Litva Ukraynaya 50 ədəd M113 zirehli maşını yollayıb və onlar artıq təyinat nöqtəsinə çatıb.

APA xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas jurnalistlərə bildirib.

Nazir deyib ki, zirehli maşınlar 3 gün əvvəl Ukraynaya çatıb.

Müdafiə naziri həmçinin onu da əlavə edib ki, Litva Ukraynaya bundan sonrakı dəstəyi NATO-dakı müttəfiqləri ilə müzakirə edəcək.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR