Litva XİN bu həftə beş səfirliyin binasında partlayıcı olması barədə məlumat alıb

Litva XİN bu həftə beş səfirliyin binasında partlayıcı olması barədə məlumat alıb
# 29 yanvar 2023 17:44 (UTC +04:00)

Litvanın müxtəlif ölkələrdəki beş diplomatik nümayəndəliyinə bu həftə binalara partlayıcı qoyulması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu məlumatı Delfi xəbər portalına Respublika Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsi Paulina Levikite təsdiqləyib.

"Biz sakit reaksiya veririk. Görünür, bunlar növbəti informasiya hücumudur. Hüquq-mühafizə orqanları insidentləri araşdırır", - o deyib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi hansı ölkələrdə səfirliklərin bu cür hədələr aldığını açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR