Litvada NATO-nun birləşmiş batalyonunun iştirakı ilə təlimlər başlayıb

Litvada NATO-nun birləşmiş batalyonunun iştirakı ilə təlimlər başlayıb
# 08 may 2023 16:02 (UTC +04:00)

Litvada NATO-nun birləşmiş batalyonunun iştirakı ilə təlimlər başlayıb.

APA xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, bu gün başlayan “Geležinis Vilkas” ("Dəmir Qurd") beynəlxalq hərbi təlimləri 2 həftə davam edəcək.

Təlimlərdə NATO batalyonu ilə yanaşı Litva Ordusunun “Vaidotas” batalyonu iştirak edəcək. Əməliyyatlarda NATO-nun 11 ölkəsindən 3005-ə yaxın hərbi qulluqçu və 600-ə yaxın müxtəlif hərbi texnika iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR