Liz Trass Britaniya hərbçilərinin Ukrayna münaqişəsində birbaşa iştirakını dəstəkləmir

Liz Trass

© APA | Liz Trass

# 21 iyul 2022 13:12 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Britaniya hərbçilərinin Ukrayna münaqişəsində birbaşa iştirakını dəstəkləmir.

APA xəbər verir ki, bunu Mühafizəkarlar Partiyasının lideri və Baş nazir postu uğrunda Rişi Sunak ilə mübarizə aparan siyasətçi bu barədə BBC-yə müsahibəsində bildirib.

“Biz Ukraynanı dəstəkləmək üçün əlimizdən gələni edirik. Biz beynəlxalq koalisiyaya rəhbərlik etmişik, silah göndərmişik, sanksiyalar tətbiq edirik. Lakin mən Britaniya qoşunlarının birbaşa müdaxiləsini dəstəkləmirəm", - Liz Trass qeyd edib.

Qeyd edək ki, Mühafizəkarlar partiyasının lideri və hökumət başçısı postu uğrunda mübarizədə Liz Trass Maliyyə Nazirliyinin keçmiş rəhbəri Rişi Sunak ilə mübarizə aparır. İki namizədin taleyini Mühafizəkarlar Partiyasının 200 minə yaxın üzvü həll edəcək və hər iki namizəd yayda seçki kampaniyası aparacaqlar.

Yeni Baş nazirin adının sentyabrın 5-də açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR