Liz Trass: “Rus qoşunlarını Ukraynada sıxışdırmağı prioritet etməliyik”

Liz Trass

© APA | Liz Trass

# 30 iyun 2022 16:51 (UTC +04:00)

"NATO üzvləri Ukrayna müharibəsini dayandırmağı və Rusiya qoşunlarını ölkədən çıxarmağı özlərinin mütləq prioritetləri hesab etməlidirlər, əks halda Avropa daha az təhlükəsiz olacaq".

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass "Sky News"a açıqlamasında bildirib.

O, Vladimir Putinin bu müharibəni aparmaq üçün hansı motivə əsaslandığını bilmədiyini deyib.

"Bircə onu bilirəm ki, biz bu müharibəni dayandırmağı, Vladimir Putini və rus qoşunlarını Ukraynada sıxışdırmağı özümüzə mütləq prioritet etməliyik”,- deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR