Liz Trass Zelenskiyə Ukraynanın şərqində keçirilmiş “referendum”ları tanımayacağını bildirib

Liz Trass Zelenskiyə Ukraynanın şərqində keçirilmiş “referendum”ları tanımayacağını bildirib
# 28 sentyabr 2022 20:32 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Liz Trassla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş verib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Baş nazir Liz Trass Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlar fonunda Böyük Britaniyanın davamlı dəstəyini vurğulayıb.

Baş nazir açıq şəkildə bildirib ki, Böyük Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini heç vaxt tanımayacaq.

O, Putin məğlub olana qədər Ukraynanın Böyük Britaniyanın dəstəyinə arxalana biləcəyini bir daha vurğulayıb.

Prezident Zelenski Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.

Liz Trass Ukraynanın Şərqində Rusiya tərəfindən saxlanılan beş Böyük Britaniya vətəndaşının azad edilməsində gördüyü işlərə görə prezident Zelenksiyə təşəkkür edib.

Liderlər həmçinin qaz tədarükünü təmin etmək üçün birgə işlər barədə müzakirə aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR