Londonda sel səbəbindən metrostansiyalar bağlanıb, insanlar köməksiz vəziyyətdə qalıb - VİDEO

Londonda sel səbəbindən metrostansiyalar bağlanıb, insanlar köməksiz vəziyyətdə qalıb - VİDEO
# 18 avqust 2022 04:30 (UTC +04:00)

İngiltərənin paytaxtı London da daxil olmaqla, ölkənin cənub bölgələrindəki şəhər və qəsəbələrdə güclü yağış səbəbindən daşqın baş verib.

APA “Telegraph” nəşrinə istinadən xəbər verir ki, sel nəqliyyatın hərəkətini iflic edib.

Böyük Britaniya Meteorologiya İdarəsi ölkənin cənub hissələri üçün sarı hava xəbərdarlığı edib.

Paytaxt Londonda güclü yağış səbəbindən dəmiryolu nəqliyyatında səfərlər təxirə salınıb.

Bəzi metrostansiyalarda subasma səbəbindən hərəkət dayandırılıb.

Güclü yağış evlərə və iş yerlərinə ziyan vurub.

İnsanlar binalarda və avtomobillərdə köməksiz vəziyyətdə qalıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR