Lyayen: “Bir çox məsələ Ukraynanın özündən asılıdır”

Ursula fon der Lyayen

© APA | Ursula fon der Lyayen

# 23 may 2022 01:14 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın Avropa İttifaqına daxil olma vaxtı ilə bağlı açıqlama verib.

APA-nın xəbərinə görə, siyasətçi Almaniyanın ZDF telekanalına müsahibəsində bildrib ki, Ukraynanın İttifaqa daxil olması ölkənin münaqişədən nə qədər tez çıxa biləcəyindən və lazımi islahatları həyata keçirməsindən asılı olacaq.

"Üzvlüyə namizəd olmaq üçün bir az vaxt lazımdır. Avropa İttifaqına qoşulma proseduru həm də qoşulan ölkələrin necə davranmasından çox asılıdır. Vurğulamaq istərdim ki, bir çox məsələ Ukraynanın özündən asılıdır” , – deyə Lyayen bildirib.

O, Kiyevə edilən maliyyə yardımının ölkənin bərpası ilə yanaşı, islahatlara da sərf olunmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR