Lyudovit Odor Slovakiyanın yeni baş naziri olacaq

Lyudovit Odor

© APA | Lyudovit Odor

# 07 may 2023 19:17 (UTC +04:00)

Lyudovit Odor Slovakiyanın yeni baş naziri təyin ediləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün keçirilən brifinqdə Slovakiya Prezidenti Zuzana Çaputova bildirib.

Zuzana Çaputova deyib ki, Milli Bank sədrinin müavini Lyudovit Odor yeni baş nazir təyin olunacaq.

Qeyd edək ki, bu gün Eduard Xeqer baş nazir vəzifəsindən istefa vermək niyyətində olduğunu bildirib. Qanunvericiliyə görə, Baş nazirlə bərabər Nazirlər Kabinetinin bütün üzvləri istefa verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR