Macarıstan Aİ-nin Rusiyadan neft və qaz idxalına embarqo qoymasına qarşıdır

Macarıstan Aİ-nin Rusiyadan neft və qaz idxalına embarqo qoymasına qarşıdır
# 02 may 2022 12:20 (UTC +04:00)

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyadan neft və qaz idxalına embarqo qoymasına qarşıdır.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumət sözçüsü Zoltan Kovacs bildirib.

“Hər hansı neft və qaz embarqosu ilə bağlı Macarıstanın mövqeyi dəyişməyib: biz onları dəstəkləmirik", - Kovacs deyib.

Qeyd edək ki, Aİ bu həftə müzakirə olunan yeni sanksiyalar paketinin bir hissəsi olaraq Rusiya neftinin idxalına mərhələli qadağa qoyulmasını təklif etməyə hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR