Macarıstan Avrasiya nəqliyyat imkanlarını artırmaq üçün TDT ilə birgə addımlar atır

Macarıstan Avrasiya nəqliyyat imkanlarını artırmaq üçün TDT ilə birgə addımlar atır
# 13 yanvar 2023 14:34 (UTC +04:00)

“Rusiya-Ukrayna müharibəsinin ciddi nəticələrindən biri də əvvəllər təbii hesab edilən Şərq-Qərb əməkdaşlığının praktiki olaraq qeyri-mümkün olmasıdır və Macarıstan coğrafi mövqeyinə görə bunu digər dövlətlərdən daha çox hiss edir”.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatının Baş katibi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Avrasiya iqtisadi əməkdaşlıq modeli Macarıstanın və bütün Avropa iqtisadiyyatının dinamik inkişaf trayektoriyası üçün mühüm əsas təşkil edib.

“Müharibə səbəbindən ənənəvi Şərq-Qərb iqtisadi əməkdaşlıq marşrutları qeyri-mümkün olub, ona görə də indi bu iqtisadi modeli saxlaya bilmək üçün yeni marşrutlar və yeni təchizat zəncirlərinin yaradılması lazımdır.
Biz yeni “soyuq müharibə” istəmirik, yeni dəmir pərdə istəmirik, uzunmüddətli Şərq-Qərb qarşıdurması və təcrid istəmirik”.

Peter Siyartoya görə, yeni reallıq indi Avropa ilə Mərkəzi Asiya regionu arasında əməkdaşlığın dəyərini artırır, çünki yeni iqtisadi marşrutlar və tərəfdaşlıq yarana bilər:

“Macarıstan Türk Dövlətləri Təşkilatının əlaqələnmə platformasına qoşulub və bu o deməkdir ki, biz Transxəzər və Avrasiya nəqliyyat imkanlarını artırmaq üçün birgə addımlar atırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR