Macarıstan gələn il İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edəcək

Viktor Orban

© APA | Viktor Orban

# 24 noyabr 2022 20:02 (UTC +04:00)

Gələn ilin yanvarında Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini təsdiqləyəcək.

APA "Bloomerg"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Slovakiyada mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, Macarıstan parlamenti gələn ilin yanvarında keçiriləcək ilk sessiyasında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edəcək.

"Macarıstan Skandinaviya ölkələrinin üzvlüyünü dəstəkləyir", Baş nazir Orban deyib.

Xatırladaq ki, Türkiyə və Macarıstan ratifikasiya prosesini tamamlamayan sonuncu NATO ölkələrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR