Macarıstan Prezidenti: Parlament İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü mayda səsverməyə çıxaracaq

Macarıstan Prezidenti Katalin Novak

© APA | Macarıstan Prezidenti Katalin Novak

# 03 mart 2023 19:23 (UTC +04:00)

Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolları may ayında səsverməyə çıxaracaq.

APA xəbər verir ki, bu barədə Çexiyada səfərdə olan Macarıstan Prezidenti Katalin Novak CTK-ya açıqlamasında deyib.

O bildirib ki, bu səsvermə mayın 17-də keçirilə bilər.

Prezidentin sözlərinə görə, NATO-nun genişlənməsi vacib məsələdir və ona görə də bununla bağlı qərar asanlıqla verilə bilməz.

"Finlandiya və İsveçin NATO-ya qoşulmasını haqlı hesab edirəm", - Prezident əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR