Macarıstan səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib

Peter Siyarto

© APA | Peter Siyarto

# 02 may 2022 19:06 (UTC +04:00)

Macarıstan səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Nazirin sözlərinə görə, təhlükəsizlik vəziyyətinin stabilləşməsi ilə əlaqədar Macarıstan öz səfirliyini Lvovdan Kiyevə qaytarıb.

Nazir deyib ki, səfirliyin paytaxta köçürülməsi ilə bağlı işlər həftəsonu başa çatıb və artıq fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR